AZ

Lukaşenko Rusiyadakı səfiri dəyişdi

Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın Rusiyadakı səfiri Dmitri Krutoyu vəzifəsindən azad edib.
Manset.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  onun yerinə keçmiş sənaye naziri Aleksandr Roqojnik bu vəzifəyə təyin olunub. D. Krutoy isə Lukaşenkonun Administrasiyasının rəhbəri vəzifəsinə gətirilib. Məlumata görə, o, səfir təyin olunana qədər artıq 2020-ci ildən 2022-ci ilə qədər bu strukturda işləyib. Həmçinin Lukaşenko Prezident Administrasiyası rəhbərinin birinci müavini Maksim Rıjenkovu respublikanın xarici işlər naziri təyin edib. Daha əvvəl bu postu 2022-ci ilin dekabrından Sergey Aleynik tuturdu. Fotoda: Dmitri Krutoy  Fotoda: Aleksandr Roqojnik
Fotoda:Maksim Rıjenkov Fotoda:Sergey Aleynik

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
3
manset.az

4Mənbələr