AZ

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrasına əsasən AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) “Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər” mövzusunda tədbir keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Şuşanın azadlığı uğrunda mübarizəni əks etdirən videoçarx nümayiş etdirilib.

Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov bildirib ki, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırıb.

Mərkəzin Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov vurğulayıb ki, Şuşa, ümumilikdə Qarabağ haqqında erməni miflərinin dağıdılaraq həqiqətlərin dünyaya çatdırılması Ümummilli Lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi fəaliyyəti, eləcə də xalqın qələbə əzminin, ordumuzun qüdrətinin vəhdəti sayəsində olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon şöbəsinin əməkdaşı Tahir Səfərli isə çıxışında istər I, istərsə də II Qarabağ müharibəsində Şəki gənclərinin yüksək vətənpərvərlik göstərdiklərini bildirib. O, statistik rəqəmləri diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Şəki REM-in elmi işlər üzrə direktor müavini Fərhad Əzizov, Landşaftşünaslıq şöbəsinin rəhbəri Hüseyn Mustafabəyli, Ekoloji biofizika şöbəsinin rəhbəri Yevgeniya Bəkirova, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfova çıxış edərək Şuşa şəhərinin tarixən Azərbaycanın mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
azertag.az

2Mənbələr