2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əldə etdiyi 5 milyard 676 milyon manat Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) payına düşüb.

İndex.az xəbər verir ki, bu barədə nüfuzlu beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings” (CIS) B.V. tərəfindən hazırlanan SOCAR-ın 2023-cü ilin konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən məlumat verilib.
Sənədə əsasən, bu, 2022-ci ilin dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Həmçinin, ötən ildə SOCAR-ın 58 milyard 649 milyon manat İsveçrənin payına düşüb ki, bu, 2022-ci ilin dövrü ilə müqayisədə 24,5 % azdır.

Ötən il SOCAR Türkiyədəki aktivlərindən 8 milyard 795 milyon manat gəlir əldə edib. Bu da daha əvvəlki 2022-ci ilin göstəriciləri ilə müqayisədə 2,75 dəfə azdır.

Sənədə əsasən, hesabat dövründə SOCAR-ın Gürcüstanda 1 milyard 559 milyon manat, digər ölkələrdə isə 2 milyard 289 milyon manat gəliri olub. 2022-ci illə müqayisədə SOCAR-ın Gürcüstandakı gəlirləri 4,23 %, sair ölkələrdəki gəlirləri isə 18,8 % azdır.

Ötən il ərzində SOCAR-ın ölkədəki gəlirləri 8 milyard 233 milyon manat olub ki. Bu da 2022-ci ilin göstəriciləri ilə müqayisədə 34,5 % azdır.

Xatırladaq ki, 2023-cü ildə SOCAR-ən aktivlərindən gəlirləri 85 milyard 201 milyon manat təşkil edib ki, bu da daha öncəki illə müqayisədə 39,9 % azdır.