AZ

Ali Məhkəmənin Aparat rəhbəri kim oldu - əvvəl 18 il bu vəzifədə çalışıb...

Ali Məhkəmənin Aparatına yeni rəhbər təyin edilib. Bizimyol.info xəbər verir ki, bu vəzifə Cavid Hüseynova həvalə olunub. Cavid Hüseynov uzun illər məhkəmə-hüquq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 18 il - 2005-2023-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri işləyib. Daha sonra 2023-2024-cü illərdə Ədliyyə nazirinin müşaviri olub. 2024-cü ildən isə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri idi. Cavid Hüseynov fəaliyyət göstərdiyi dövrdə Prezident sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. Onların arasında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni, 2-ci dərəcə dövlət müşaviri, "Ədliyyə sahəsində fərqlənməyə görə” medalı, “Azərbaycan Ədliyyəsinin 100 illiyi” və "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi” yubiley medalları var. Aytən, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
42
bizimyol.info

10Mənbələr