AZ

Bayden və Tramp son dəfə üz-üzə

İki rəqib CNN-in Atlanta şəhərinin mərkəzindəki studiyasında keçiriləcək seçki debatında üz-üzə gələcək.

News24.az xəbər verir ki, CNN-in aparıcıları Jake Tapper və Dana Bash tərəfindən idarə olunan panel müzakirəsi Şərq Sahil vaxtı ilə 22:00-da (CET 04:00) başlayacaq. 90 dəqiqə davam edəcək.

1960-cı ildən bəri ilk dəfə auditoriyasız keçiriləcək prezident debatı zamanı “namizədlərin debata ayrılan vaxtı maksimum dərəcədə artıra bilməsini təmin etmək” məqsədilə Bayden tərəfinin tələbi ilə yalnız spikerin mikrofonu səslənəcək. Trampın müdaxiləsinin qarşısını almaq üçün açıq saxlanılmalıdır.

Format baxımından namizədlər podiumda dayanaraq debat edəcəklər. Namizədlərin özləri ilə əvvəlcədən yazılmış qeydlər aparmasına icazə verilməyəcək, debat zamanı qeydlər aparmaq üçün onlara yalnız qələm, kağız vərəq və butulka su veriləcək.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
news24.az

3Mənbələr