AZ

Ceyhun Bayramov: Ermənistanla sülh danışıqlarında əhəmiyyətli proqres var

Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı kifayət qədər əhəmiyyətli proqres var.

Aznews.az xəbər verir ki, bunu Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.

“Açıq qalan məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb”, - nazir əlavə edib.

Ceyhun Bayramov Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qaldığını qeyd edib: “Ermənistanın əsas qanununda - konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır. Bu, bizim tərəfimizdən prosesin başa çatdırılmasında ən ciddi əngəl kimi görünür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
16
aznews.az

10Mənbələr