AZ

Həsən Ruhani İran seçicilərini azərbaycanlı namizədə səs verməyə ÇAĞIRDI

Sabah İranda növbədənkənar prezident seçkiləri keçiriləcək. Namizədlər artıq seçki kampaniyasını başa vurublar.

Modern.az-ın məlumatına görə, bu arada İranın keçmiş prezidenti Həsən Ruhani seçiciləri azərbaycanlı namizəd Məsud Pezeşkianın lehinə səs verməyə çağırıb. Ruhaninin fikrincə, İranı Qərblə barışdıracaq islahatçı namizəd Pezeşkian prezidentliyə ən layqili şəxsdir.
 

“Dünyanın qalan hissəsi ilə konstruktiv əlaqələr qurmaq istəyən və mötədillik istəyənlərdən Pezeşkiana səs vermələrini xahiş edirəm. Bu namizəd seçilərsə, 2015-ci ildə ABŞ və Avropa ölkələri ilə imzalanmış nüvə sazişini yeniləmək niyyətindədir”, - deyən Ruhani Pezeşkianın İrana qarşı sanksiyaların ləğvinə nail ola biləcəyini qeyd edib.

Ruhaninin bəyanatına daha əvvəl Pezeşkianı dəstəklədiyini elan edən digər keçmiş prezident Məhəmməd Hatəmi də qoşulub.
 

Xatırladaq ki, bu gün namizədlərdən ikisi - Əlirza Zakani (Tehran meri) və Seyid Əmir Hüseyin Qazizadə Haşimi (parlament sədrinin keçmiş müavini) seçkilərdən geri çəkildiklərini bəyan ediblər.

Onlar seçiciləri mühafizəkarların namizədinə (Səid Cəlili və Məhəmməd Baqir Qalibaf) səs verməyə çağırıblar.


Əgər irəliləyən vaxtda namizədlərdən hansısa biri namizədlıiyini geri götürməsə, sabahkı seçkidə aşağıdakı 4 nəfər mübarizə aparacaq:


Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
2
modern.az

8Mənbələr