AZ

“Binə Aqro" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB

“Binə Aqro" MMC  iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu üzrə məhkəməyə verilib.

FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun İcraatındadır.

Xatırladaq ki, "Binə Aqro" hazırda 75 ha ərazidə məhsul edən şirkətdir.

İstehsal olunan məhsullar əsasən Rusiya, Baltik ölkələri, Səudiyyə Ərəbistan, Qətər, Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur.

"Binə Aqro" “QSC 02.07.2015-ci ildəövlət qeydiyyatına alınıb.Şirkətin nizamnamə kapitalı 164 000 manatdır. Qanuni təmsilçisi Həsən Əliyev Bayandur oğludur.

Hüquqi ünvanı Az1029, Bakı Şəhəri Nərimanov Rayonu, Ziya Bünyadov, ev 1965 məhəllədə yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
11
fed.az

10Mənbələr