AZ

Pakistanda anomal istilər 500-dən çox can aldı

Pakistanın Kəraçi şəhərində anomal istilər nəticəsində son 6 gündə 568 nəfər həyatını itirib.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, təcili tibbi yardım xidmətindən verilən açıqlamada həddindən artıq istilər səbəbindən gündə 30-40 nəfərin cəsədinin şəhər meyitxanasına gətirildiyi, ümumilikdə isə son 6 gündə 568 nəfərin həyatını itirdiyi bildirilib.
 
Məlumata görə, istilər nəticəsində 141 nəfər eyni gündə ölüb.

Qeyd edək ki, Pakistanda anomal istilər səbəbindən soyutma mərkəzləri və düşərgələr yaradılıb.
 
 
 

Seçilən
53
1
7news.az

2Mənbələr