AZ

Türkiyədə müvəqqəti yaşayış hüququ olmayan əcnəbilərin nikahı qeydə alınmayacaq

Bakı. Trend:

Türkiyədə müvəqqəti yaşayış hüququ olmayan xarici ölkəvətəndaşları bundan sonra nikah bağlanması üçün müraciət edəbilməyəcəklər.

Trend xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyiyanında Əhali və Vətəndaşlıq Məsələləri Baş İdarəsi müvafiq qərarqəbul edib.

Sənədin mətnində 2000-ci illərin əvvəllərindən əcnəbivətəndaşlar tərəfindən fəal şəkildə istifadə edilən Türkiyəvətəndaşlığının nikah yolu ilə daha asan əldə edilməsininmümkünlüyünə diqqət çəkilir.

İdarə qeyd edib ki, bundan sonra yalnız ölkədə qanuni yaşayışhüququ olan əcnəbilər Türkiyədə nikah üçün ərizə verə bilərlər.

Üstəlik, tələb təkcə Türkiyə vətəndaşı ilə ailə qurmaq istəyənəcnəbilərə deyil, həm də hər iki müraciət edənin xaricivətəndaşlığa malik olduğu hallara şamil edilir.

Sərəncam Türkiyənin bütün vilayətlərinin müvafiq idarələrinəgöndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
11
az.trend.az

10Mənbələr