AZ

"Dünyanı narahat edən məsələlərin həllində Azərbaycan lider ölkələrdəndir" - komitə sədri

Image


 Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı bir sıra fikirlər səsələndirib. Deputat qeyd edib ki, ətraf mühitin çirklənməsi hər il milyonlarla insanın ölümünə səbəb olur.
Onun sözlərinə görə, dünyanı narahat edən məsələlərin həllində Azərbaycan lider ölkələrdəndir: "Bu da qürurverici haldır. Qlobal iqlim dəyişikliyinin həlli asan məsələ deyil. Amma bu, üzləşdiyimiz yeganə problem deyil".

Deputat bildirib ki, həyat sudan asılıdır: "Amma su insanların ən pis istifadə etdiyi substansiyalardandır. Suların çirklənməsi ciddi problemdir”.

Mətləb Salahov





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
baki-xeber.com

2Mənbələr