AZ

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

May ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ayla müqayisədə 191 min ədəd artıb
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ayla müqayisədə 191 min ədəd artaraq, 17 milyon 867 min ədəd təşkil edib. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
Qeyd olunub ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21,2 faiz artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 22,1 faiz, kredit kartları üzrə 15,3 faiz təşkil edib.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
7
ayna.az

8Mənbələr