AZ

Boliviyada dövlət çevrilişinə rəhbərlik edən general həbs edilib

Bakı,TurkicWorld

Boliviyada hərbi çevriliş etməyə cəhd edən Boliviya ordusunun keçmiş baş komandanı, general Xuan Xose Zuniqa həbs edilib

TurkicWorld xəbər verir ki, üsyançılar siyasi mübarizədən bezdiklərini və demokratiyanı bərpa etməyə çalışdıqlarını bildiriblər.

Çevriliş cəhdi Arce ilə onun keçmiş müttəfiqi, solçu eks-prezident Evo Morales arasında hakim partiyaya nəzarət uğrunda gərginlik və siyasi çəkişmələr, eləcə də ölkədə zəruri büdcə islahatlarının baş tutmadığını göstərən ağır iqtisadi böhran fonunda baş verib.

General Zuniqa mediaya ordunun döyüşlərdən yorulduğunu və demokratiyanı bərpa etməyə çalışdığını söyləyib. Onun sözlərinə görə, uzun illərdir ki, siyasətçilər Boliviyanı dağıdıblar.

“Prezident mənə dedi ki, vəziyyət çox qarışıqdır, çox kritikdir. Populyarlığımı artırmaq üçün nəsə hazırlamaq lazımdır”, – deyə Zuniqa həbs olunmazdan əvvəl jurnalistlərə deyib.

Ədliyyə naziri İvan Lima, Zuniqanın iddialarını rədd edərək, generalın yalan danışdığını və öz hərəkətlərinə haqq qazandırmağa çalışdığını, buna görə də mühakimə olunacağını söyləyib.

“Boliviya xalqının bir daha çevriliş cəhdinə imkan verməyəciyik”,- deyə ölkənin vitse-prezidenti David Choquehuanca söz verib.

Qeyd edək ki, Boliviyada son aylar kəskinləşən iqtisadi böhranla əlaqədar etirazlar intensivləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
7
turkic.world

10Mənbələr