AZ

Qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur - Alen Simonyan

"Ermənistanın Avropa İttifaqının bir hissəsi olmaq arzusu var".Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Latviyada rəsmi səfəri zamanı bildirib."Uzunmüddətli sülhün bərqərar olması üçün dəstəyə ehtiyacımız var. Bizim qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur. Və bu məsələdə bizə həm Latviyanın, həm də digər Avropa tərəfdaşlarının köməyi lazımdır. Biz Latviya və Aİ üzvlərinin dəyərlərini bölüşürük, ona görə də Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün dəstəyə ehtiyacımız var", - deyə Simonyan qeyd edib.Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
7
missiya.az

10Mənbələr