AZ

İranda daha bir prezidentliyə namizəd geri çəkildi

Tehranın meri Əlirza Zəkani seçkiyə cəmi bir gün qalmış namizədliyini geri götürüb.

Azpost.info bildirir ki, bu barədə Ə.Zəkani “X” hesabında paylaşım edib.

O, digər iki namizəd Məhəmməd Baqer Qalibaf və Səid Cəlilini dəstəkləmək üçün namizədliyini geri götürdüyünü qeyd edib:  “Müsabiqənin qanuni vaxtının sonuna qədər qaldım, amma əsas yolun davamı daha vacibdir. Cəlili və Qalibafdan birləşərək inqilabi qüvvələrin haqlı tələblərini cavabsız qoymamağı xahiş edirəm”, – o qeyd edib.

Zəkanidən əvvəl vitse-prezident Əmir-Hüseyn Qazizadə Haşemi seçkidən çəkildiyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
azpost.info

4Mənbələr