AZ

Şəmkirdə 52 yaşlı kişi itkin düşüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü Xaliq Vaqif oğlu Pənahov iyunun 20-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, itkin düşən şəxsin əlamətləri belədir: boyu 170 sm, ağ saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində zolaqlı köynək, qara şalvar və qara rəngli ayaqqabı olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Şəmkir Rayon Polis Şöbəsinin (022)305-28-02 şəhər və 050-341-05-58 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Xaliq Pənahovun psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
50
oxu.az

10Mənbələr