AZ

Aybəniz Haşımova: Heyf ki, çox gecdir

Əməkdar artist Aybəniz Haşımova instaqram hesabında arxiv fotosunu paylaşıb.

Publika.az xəbər verir ki, o, gənclik illərini əks etdirən fotoya bu sözləri əlavə edib:

“İllər ötür... O qızı, o körpəni axtarmağa başlayırsan... O isə çox uzaqlarda, səndən uzaq bir sahildə səni gözləyir. Gözləyir ki, tutub onun əlindən ucu-bucağı görünməyənlərə, yeni arzulara doğru gedəsən. Sən isə üzü yoxlara tərəf gedirsən.

Nə qəribə həyatdır, elə deyilmi? Onsuz, səninlə yaşlanan gənclik. Hara gedirsən ay karvan köçü? Heç olmaya yerini de barı. Sənin üçün bərk darıxanda gəlib üzünü görüm, səsini eşidim, tellərinə yağan ag örpəyi doğrayib yollarına səpim. Sən getdin, mən də arxanca baxa-baxa qaldım. Sən getdin, həsrətdən alışdım-yandım. Sən getdin, sənə heç çata bilmədim, əlivida belə deyə bilmədim. Sən getdin, boylandın xatirələrdən, baxırsan şəkillərindən.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
4
publika.az

7Mənbələr