AZ

İsmayıllının kəndində torpaq sürüşməsi - Rayon mərkəzi ilə əlaqə kəsildi

Bakı. Trend:

Son günlər yağan güclü leysan yağışlardan sonra İsmayıllınınQoydan kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.

Trend xəbər verir ki, dağlardan gələn lil qatı kəndin yollarınıbağlayıb, avtomobillərin hərəkəti məhdudlaşıb, kəndin rayon mərkəziilə əlaqəsi kəsilib.

Kəndə gedən yol çay ərazisindən keçir və hazırda çayda suyun çoxolması səbəbindən əraziyə texnika və işci qüvvəsi cəlb etmək mümkündeyil.

Seçilən
65
2
az.trend.az

4Mənbələr