AZ

İsraildən Suriyaya hücum

İsrailin Suriyanın paytaxtı Dəməşqin Seyyidə Zeynep məhəlləsinə hücum təşkil etdiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, Suriya hökumətinə yaxın sosial media hesabları İsrail döyüş təyyarələrinin Dəməşqin Seyyide Zeynep məhəlləsi ətrafındakı bir yeri hədəf aldığını iddia edib.

Hücumla bağlı indiyədək İsrail və Suriya tərəfindən heç bir açıqlama verilməyib.

Dəməşqin Seyyide Zeynep məhəlləsində İranın dəstəklədiyi qrupların olduğu məlumdur.

İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna məxsus hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.

Eltac Zülfqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
turkustan.az

3Mənbələr