AZ

Millimiz İspaniya ilə eyni qrupda

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Friburq mərhələsinin püşkü atılıb.

Sportnet.az xəbər verir ki, Azərbaycan millisi C qrupunda mübarizə aparacaq.

Yığmamızın rəqibləri İspaniya və İrlandiya olacaq. Komandamız hər iki yığma ilə iyulun 4-də qarşılaşacaq. İrlandiya ilə matç Bakı vaxtı ilə 17:50-də, İspaniya ilə görüş 19:40-da başlayacaq.

Qeyd edək ki, iyulun 5-də başa çatacaq İsveçrədəki turnirdə 12 komanda qüvvəsini sınayacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
5
sportnet.az

6Mənbələr