AZ

O’Brayn: Azərbaycanla işləməyə ehtiyac var

Sülhə nail olmaq yalnız Azərbaycanın məsələsi deyil.

Olaylar bildirir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Ochr("39")Brayn Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib.

ABŞ dövlət katibinin köməkçisi deyib ki, bu, həm də bütövlükdə region və Mərkəzi Asiya üçün bir məsələdir:

"Bütün bu ölkələr dünya bazarına ya Rusiya, ya da Çin vasitəsilə ixrac edirlər. Onların alternativ üçün Azərbaycanla işləməyə ehtiyacı var. Bir yol Gürcüstan və Qara dənizdən keçir, digər yol, yəni potensial olaraq daha böyük yol Azərbaycan, Ermənistan və Türkiyədən keçir. Bu mənada müharibəyə son qoymaq və 1990-cı ildən bəri mövcud olan bu dəhşətli münaqişənin başa çatması üçün bizim Ermənistan və Azərbaycan arasında sülh sazişinə ehtiyacımız var. Bizim mesajımız budur: artıq sülh zamanıdır!" (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
12
olaylar.az

10Mənbələr