AZ

Zəvvarları daşıyan 3 təyyarə saxlanıldı

 Yəməndə İranın dəstəklədiyi Husilərin zəvvarları daşıyan 3 təyyarəni Səna Beynəlxalq Hava Limanında saxladığı bildirilib.

"Cebhe.info" xəbər verir ki, Yəmən Hava Yolları tərəfindən verilən yazılı açıqlamada husilərin iyunun 25-də aviaşirkətin Airbus 320 model 3 təyyarəsini saxladığı vurğulanıb.

Qeyd olunub ki, 3 təyyarə Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Əbdüləziz hava limanından havaya qalıb. Onlar Həcc ziyarətini yerinə yetirdikdən sonra vətənə qayıdan yüzlərlə zəvvarını daşıyıb.

Səudiyyə Ərəbistanında minlərlə yəmənli zəvvar geri dönmək üçün növbə gözləyir. Yəmən Prezident Şurası, hökumət, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası, beynəlxalq hava nəqliyyatı təşkilatları və BMT-nin Yəmən səfir Hans Qrundberq Husiləri bu hərəkətə son qoymağa çağırıb.

Xatırladaq ki, Husilər təxminən bir ay əvvəl Yəmən Hava Yollarına məxsus Airbus 330 model 1 təyyarəsini saxlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr