AZ

Bakıda Beynəlxalq ekoloji Forumu işə başlayıb

Image

Bakıda “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı beynəlxalq forum keçirilir. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri iştirak edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, forumun əsas məqsədi tullantıların “qapalı zəncir"lə idarə olunmasının təşviqidir: "Bunun üçün beynəlxalq təcrübədən də istifadə olunur. Bizim əsas prioritetlərimizdən biri “yaşıl iqtisadiyyat”a keçidlə bağlıdır. Tullantılardan yeni məhsulun alınması əsas məqsədlərdəndir. Bunun üçün regionlarda da tədbirlərin təşkili lazımdır”.

Forum iki gün davam edəcək, sonda “Sıfır tullantı: Bakı təşəbbüsü” sənədi qəbul olunacaq.

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4
baki-xeber.com

10Mənbələr