AZ

Bədəni yanan Leylanın anası: "Övladım ağrılar içində qıvrılır, əlimdən heçnə gəlmir"

Altı yaşlı Leylanın dəstəyinizə ehtiyacı var.

Bu barədə seher.media-a onun anası Minirə Mikayılova məlumat verib.

O bildirib ki, övladı ötən il oktyabrın 30-da yaşadıqları evdə yanıq xəsarətləri alıb:

"Leylanın altı yaşı var. Onu çimizdirmək üçün vedrədə su isitmişdim. Leyla suyun isti olduğunu bilməyib, qaça-qaça gəlib və suya düşüb. Nəticədə bədəninin, demək olar ki, hər yeri yanıb. Hadisə baş verən gün Bakıdakı xəstəxanalardan birinə yollandıq. Orada müalicə alsaq da, imkanımız olmadığı üçün müalicəni yarımçıq qoyub çıxmalı olduq. Evə gəldikdən sonra müalicələri sizin oxucularınızın dəstəyi ilə etdirdik".

Minirə Mikayılova övladının dəstəyə ehtiyacı olduğunu deyib:

"Leylanın yaraları çox dərindir, ona görə də çox xərc tələb edir onun yaralarının sağalmağı. Yaraları dərin və böyük olduğu üçün aldığımız mazlar 2-3 gün ancaq bəs edir. Mazları, dərmanları çox bahadır. Hazırda Leylanın müalicələrini davam etdirə bilmirik, inanın uşaq nə otura, nə uzana bilir. Övladımın qarşısında çox xəcalətliyəm, onu bu vəziyyətdən çıxara bilmirəm. Bütün gün ağrılar içində qıvrılır, əlimdən heç nə gəlmir. Biz hazırda Bakıya, həkim qəbuluna gəlməliyik. İnanın yolpulumuz belə yoxdur. Tək ümidim yenidən sizədir, sizin oxucularadır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 420-21-53.

"UniBank": 5243 7544 4045 5614.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
seher.media

10Mənbələr