AZ

Bakıda qıza görə gənc oğlanı qətlə yetirəni yaxalayanlar mülki şəxslərdir? - DİN-dən açıqlama

İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.

26 iyun, 21:24

Paytaxtın Nərimanov rayonunda, axşam saatlarında baş verən silahlı insidentin bəzi detalları məlum olub.

Şahidin sözlərinə görə, Tural Kosayevin yanında qız da olub:

"Turalın maşınında xanım da əyləşmişdi. Arxasında isə qara maşın saxladı. Daha sonra avtomobillərdən düşdülər. Mərhum qıza görə İsmayıl Allahverdiyevi təhqir etdi. Mübahisədən sonra o, qaçmağa başladı, İsmayıl isə belindən silahı çıxararaq Turala atəş açdı".

Qeyd edək ki, hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən", - deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.

Ətraflı APA TV-nin süjetində:

00:28

Paytaxtın Nərimanov rayonunda, axşam saatlarında baş verən silahlı insidentlə bağlı yeni görüntülər yayılıb.

Kadrlarda odlu silahdan atəş açaraq Tural Kamil oğlu Kosayevi qətlə yetirən 2003-cü il təvəllüdlü İsmayıl İbrahim oğlu Allahverdiyevin bir qrup şəxs tərəfindən tutulması və polisə təslim edilməsi yer alıb.

Həmin görüntüləri təqdim edirik:

https://t.me/oxuaze/97216?single

26.06.2024, 23:34

Bakıda şəxsin odlu silahla qəsdən öldürülməsi faktına görə cinayət işi başlanıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd olunur ki, iyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

22:50

Bakıda gənc oğlan güllələnib. Hadisə axşam saatlarında paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Sosial şəbəkələrdə Bakıda qıza görə güllələnərək öldürülən 2000-ci il təvəllüdlü Tural Kamil oğlu Kosayevin fotoları yayılıb.

"Cebhe.info" həmin fotoları təqdim edir:

22:28

Bakıda baş verən güllələnmənin təfərrüatı məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə qıza görə baş verib. Belə ki, hər iki gənc bir qızı sevirmiş.

Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən", - deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.

21:50

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kamil oğlu Kosayevin odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

"Cebhe.info" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü İsmayıl İbrahim oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

https://t.me/oxuaze/97205

21:38

Bakıda gənc oğlan güllələnib.

Hadisə bir az əvvəl, paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, "Metro Park"ın qarşısında bir nəfər odlu silahdan açılan atəşlə vurulub. Əməli törədən şəxs hadisə yerindən qaçıb.

Həmin görüntüləri təqdim edirik:

https://t.me/oxuaze/97200

https://t.me/oxuaze/97201

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
5
cebheinfo.az

10Mənbələr