AZ

Dələduzluqda şübhəli bilinən şəxslər tutuldu

Bakı. Trend:

Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PolisBölməsinə müraciət edən şəhər sakini bir nəfərin onu aldadaraq,hesabına 3935 manat ödətdirdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlinitörətməkdə şübhəli bilinən Mehdi Hüseynzadə müəyyən olunaraqsaxlanılıb.

Daha bir dələduzluq hadisəsi ilə bağlı Səbail RPİ 9-cu PolisBölməsinə məlumat daxil olub. Bakı şəhər sakini olan bir nəfərin 79manatını dələduzluq yolu ilə hesabına ödətdirməkdə şübhəli bilinənTəhmiras Nəcəfov polis əməkdaşları tərəfindən müəyyən edilərəksaxlanılıb.

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatəsasında keçirdikləri tədbirlərlə isə rayon sakini olan bir nəfərin100 manatını dələduzluq yolu ilə hesabına ödətdirməkdə şübhəlibilinən Mahmud Həmidli müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
7
az.trend.az

8Mənbələr