Gürcüstan millisinin hücumçusu Jorj Mikautadze Avropa çempionatları tarixinə düşüb. Matc.az xəbər verir ki, o, AVRO-2024-ün qrup mərhələsinin hət üç oyununda qol vurmaqla bunu bacarıb. Mikautadze turnirin ilk 3 matçında fərqlənən 4-cü futbolçu olub. Ona qədər Viktor Ponedelnik SSRİ, Xristo Stoiçkov Bolqarıstan, Qaret Beyl isə Uels yığmasının heyətində eyni nailiyyətə imza atıb. Qeyd edək ki, Jorj Mikautadze Portuqaliya (2:0), Türkiyə (1:3) və Çexiyaya (1:1) ilə görüşlərdə fərqlənib. Gürcüstan yığması 1/8 finalda İspaniya ilə qarşılaşacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta