AZ

Goranboy polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Sadıqov saxlanılıb.

Demokrat.az xəbər verir ki, şübhəli şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan metamfetamin aşkar olunaraq götürülüb.

Keçirilən digər bir tədbir nəticəsində isə qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən A.Əliyev saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

Seçilən
88
5
demokrat.az

6Mənbələr