AZ

Özbəkistanda uşaqlarını qeyri-qanuni yollarla dini təhsilə cəlb edənlər cərimələnəcəklər

Özbəkistanda uşaqların valideynləri və ya onları əvəz edən şəxslər tərəfindən qeydiyyatdan keçməmiş dini qurumlara və ya müvafiq təhsili olmayan şəxslərə göndərməsini qadağan edilib

“İki sahil” “UzNews”a istinadla xəbər verir ki, Ali Məclisin qanunvericilik palatasının iclasında “Uşaqların hüquqlarının daha da gücləndirilməsi məqsədi ilə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi qəbul edilib.

Yeni qanuna əsasən uşaqlarını qeyri-qanuni olaraq dini maarifləndirmə prosesinə cəlb edən valideynlər və ya onları əvəz edən şəxslər əsas hesablama məbləğinin (minimum əmək haqqı əvəzinə istifadə olunur – red.) 10 mislindən 15 mislinədək miqdarda cərimə tətbiq ediləcək.

Eyni xəta inzibati tənbeh tətbiq edildikdən sonra bir il ərzində təkrar törədildikdə, 15-dən 25-ə qədər miqdarda cərimə və ya 15 sutkayadək inzibati həbs tətbiq edilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
13
1
ikisahil.az

2Mənbələr