AZ

Bakının iki rayonunda qaz olmayacaq

Bu gün Bakının Xəzər və Binəqədi rayonlarında qaz təchizatında fasilə yaranacaq.

Publika.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Zirə qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunması və Binəqədi rayonu, 7-ci Mikrarayon S.S.Axundov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması məqsədi ilə iyunun 27-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Seçilən
66
45
publika.az

10Mənbələr