AZ

İranda sükut günüdür

İranda prezident seçkiləri kampaniyasında sükut günüdür.

 

Senzor.az yerli KİV-ə istinadən xatırladır ki, iyunun 28-də İranda 14-cü prezident seçkisi keçiriləcək, bu səbəbdən də qanuna görə, prezidentliyə namizədlərin təbliğatı bu gündən başa çatıb.

 

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərində namizədlər bunlardır: parlament sədri Məhəmmədbağır Qalibaf, Əmir Hüseyn Qazizadə Haşimi, parlament üzvü Məsud Pezeşkian, Tehranın meri Əlirza Zakani, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin Təşhülkəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi.

 

Onu da xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında həlak olandan sonra növbədənkənar prezident seçkiləri elan edilib.

Seçilən
70
9
senzor.az

10Mənbələr