AZ

FərdiAvropa çempionatı: Bu gün Azərbaycanın 9 cüdoçusu mübarizəyə başlayacaq

Azərbaycanın 9 cüdoçusu bu gün Bolqarıstanda start götürəcək yeniyetmələr arasında Avropa çempionatında mübarizəyə başlayacaq.

"Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, qızlardan Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova, Nərmin Məmmədli (hər ikisi 44 kq), Diana Eldarova, Nuranə Hacızadə (hər ikisi 48 kq), oğlanlardan Bahadur Feyzullayev, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq), Nihad Məmişov (55 kq) və Nihad Rəhimov (60 kq) tatamiyə çıxacaqlar.

Qızlar 40 kq Xədicə Abdullayeva - Ema Vasilyeva (Bolqarıstan)

44 kq Leyla Ələkbərova - Stella Papai (Macarıstan) Nərmin Məmmədli - Xantia Stilianu (Kipr)

48 kq Diana Eldarova - Noa Hadar (İsrail) Nuranə Hacızadə - Petra Culyak (Bosniya və Herseqovina)

Oğlanlar 50 kq Bahadur Feyzullayev - Fransisko Pintu (Portuqaliya) / Mixael Eldan (İsrail) cütünün qalibi Məhəmmədəli Hüsiyev - Nelu Malik (Moldova) / Evan Anderson (Böyük Britaniya) cütünün qalibi

55 kq Nihad Məmişov - Aleksa Miloşeviç (Serbiya)

60 kq Nihad Rəhimov - Kyartan Qray (Farer adaları)

Qeyd edək ki, qitə birinciliyi iyunun 30-da başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
3
far.az

7Mənbələr