AZ

"Şəhid anasının əllərini tək bu oğullar qaldıra bilər" - QHT sədri / VİDEO

Silahlı Qüvvələr Günü münasibətilə QHT-lərin Qubadlıda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olunub.

QHT.az xəbər verir ki, bu barədə "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova məlumat verib. QHT sədri qeyd edib ki, Şəhid anasının əllərini tək qəhrəman oğullarımız, əsgərlərimiz qaldıra bilər. Şəhid ailələrinin çəkdiyi ağrı və qurbanları heç vaxt unudulmaz və onların xatirəsi hər zaman əziz tutulmalıdır. Allah şəhidlərimizin ruhlarını şad eləsin və ailələrinə səbir versin. Bu cür dərin duyğuları ifadə etmək, şəhidlərimizin və onların ailələrinin nə qədər qiymətli olduğunu göstərir. Allah hamımızı qorusun və bu cür acıları bir daha yaşatmasın.

Tünzalə Abduləlimova qeyd edib ki, hərbi hissədə vətəndaş cəmiyyəti təmsilçilərinə silahlar və hərbi texnika nümayiş etdirilib, sərhədçilərin müşayiəti ilə poliqon ərazisində bir sıra hərbi texnikada gəzintiyə şərait yaradılıb: "Bu gəzintidə Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan, sərhəd qoşunlarının mənsubu, “Qarabağ” ordeni ilə təltif edilmiş Aşur Cəmiyevin oğlu İsmayıl Cəmiyev və Qubadlı uğrunda şəhid olmuş ədliyyə kapitanı Ruhin Xəlilovun qızı Melisa Xəlilova da iştirak ediblər. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, şəhid anası, “Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hərbiçilər qarşısında çıxış edib, onları Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edib, şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar".

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumu əsgərlərə şirniyyatlardan ibarət bayram hədiyyələri təqdim edib. Tədbir Dövlət Sərhəd Xidmətinin musiqi qrupunun ifasında bayram konserti ilə davam edib.

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
14
qht.az

10Mənbələr