AZ

ABŞ Dövlət katibinin Azərbaycan səfərinin gündəliyi açıqlanıb

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen iyunun 27-29-da Azərbaycanın paytaxtı Bakıya və Xorvatiyanın Dubrovnik şəhərinə səfər edəcək. 

"Operativ Media" xəbər verir ki, Dövlət katibinin köməkçisi Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla yüksək vəzifəli Azərbaycan hökumətinin rəsmiləri ilə görüşərək ABŞ-Azərbaycan ikitərəfli münasibətlərindəki irəliləyişləri, Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasına ABŞ-nin dəstəyini vurğulayacaq.  O’Brayen Azərbaycanın beynəlxalq insan hüquqları öhdəliklərinə sadiq qalmasının vacibliyini bir daha vurğulamaq üçün vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
9
operativmedia.az

10Mənbələr