AZ

Boliviyada dövlət çevrilişinə cəhd zamanı azı 9 nəfər yaralanıb

Boliviyada dövlət çevrilişinə cəhd zamanı azı 9 nəfər yaralanıb. Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karlos del Kastilyo məlumat verib. “Təəssüf ki, ilk doqquz yaralı haqqında məlumatımız var. Digər xəstəxanalarda hərbçilərin əməllərindən və onların odlu silahlarından zərərçəkənlərin olub-olmadığını bilmirik”, deyə o, "Boliviya TV"də yayımlanan mətbuat konfransında bildirib. Boliviya ordusunun yeni komandiri Xose Vilson Sançes Velaskes hökumət binasının qarşısındakı meydanı tutan bütün hərbi qulluqçulara öz hissələrinə qayıtmağı əmr edib: “Mən ordunun baş komandanı kimi və ordunun üç qolunun komandirləri adından küçələrdə olan bütün əməkdaşlara öz hissələrinə qayıtmağı əmr edirəm”, deyə o, Boliviya TV-də yayımlanan andiçmə mərasimində bildirib. Müraciətdən sonra telekanal hərbçilərin hökumət qarşısındakı meydanı necə tərk etməyə başladığını göstərib. Sançesdən başqa, yeni hərbi hava qüvvələri komandiri Xerardo Sabala və donanmanın yeni rəhbəri Renan Guardia and içib. Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
9
bizimyol.info

10Mənbələr