AZ

Bloomberg: Asiya getdikcə Qərbdən asılılığını azaldır

Asiya ölkələrinin Qərbdən asılılığı getdikcə azalır və onlar iqtisadi maraqlarını daha çox Çin və ya Rusiya ilə əlaqələndirirlər.
 
Moderator.az “Report” - a istinadla xəbər verir ki, bubarədə “Bloomberg” məlumat yayıb.
 
Belə bir dönüşə misal olaraq “Bloomberg” Malayziyanın baş naziri Ənvər İbrahimin ölkəsinin BRİKS-ə qoşulmaq istəyi ilə bağlı son bəyanatını göstərir.
 
Qeyd olunub ki, bu assosiasiya 1990-cı illərdə Asiya maliyyə böhranı zamanı regionun bəzi ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərən sərt tədbirləri ilə məşhurlaşan Qərbin rəhbərlik etdiyi qurumlara, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna alternativə çevrilib.
 
Nəşr əlavə edib ki, bu qrupun üzvləri beynəlxalq aləmdə “ABŞ hegemonluğuna” qarşı çıxır və üzvlərinin sayını artırmaqla G7-yə daha uğurlu müqavimət göstərə bilirlər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
moderator.az

2Mənbələr