Türkiyə-Çexiya oyununu izləyən hərbçilərimizin qələbə sevinci ilə bağlı görüntüləri maraq doğurub.
Azpost.info bildirir ki, bu barədə görüntülər paylaşılıb.
Kazarmada oyunu TV-dən izləyən əsgərlərimiz Türkiyənin qələbəsini coşğu ilə qarşılayıblar.
Qeyd edək ki, futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Çexiya və Türkiyə milliləri üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda türklər çexləri məğlub edib – 2:1.
Bununla da Türkiyə millisi Avropa çempionatının 1/8 final mərhələsinə yüksəlib.