AZ

Qeyri-sabit hava Azərbaycanda daxili turları zəiflətdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Havanın qeyri-sabit keçməsi ilə əlaqədar daxili turlar azalıb.
Turizm ekspertləri bildiriblər ki, daxili səfərlərlə maraqlanan müştərilər havanın qəfil dəyişmisindən ehtiyat edərək demək olar ki, uzaq tarixlərə olan turlarla maraqlanmırlar.
Ekspertlər qeyd ediblər ki, havanın mövsümə uyğun olmaması turizm sektoruna ciddi zərər vurur. Bu vəziyyətdə turistlər həm vaxt, həm də maddi baxımdan ziyana düşürlər. Lakin tur tarixləri öncədən rezervasiya olunduğundan təkcə turistlər yox, daxili tur şirkətləri də zərər görür.
Onlar hesab edirlər ki, hava belə davam edərsə, mövsümün sonuna olan sifarişlər də ciddi şəkildə azalacaq.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
oxu.az

6Mənbələr