AZ

Hakan Fidan misirli həmkarı ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Misirin xarici işlər naziri Samih Şükri arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN-dən mənbələr bildirib.

Məlumata görə, danışıq zamanı Qəzzadakı müharibənin regional səviyyəyə keçmə riski müzakirə edilib. Tərəflər müharibənin tez bir zamanda dayandırılması və daimi atəşkəsin elan edilməsinin vacibliyini qeyd ediblər.
Həmçinin Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini də vurğulayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
bizim.media

3Mənbələr