AZ

Putin yenəMəhəmməd Muhbirlə danışdı

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti vəzifəsini icra edən Məhəmməd Muhbirlə telefon danışığı aparıb.

 

Senzor.az bildirir ki, bu barədə Kremldən məlumat verilib.

 

“Bütün əsas istiqamətlər üzrə gələcək qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə edilib. Putin və Muhbir enerji sektorunda Rusiya və İran arasında qarşılıqlı fəaliyyətin uğurunu və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsini qeyd ediblər”, - məlumatda bildirilib.

 

Qeyd edək ki, Vladimir Putin Məhəmməd Muhbirlə sonuncu dəfə 13 iyunda danışmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
6
senzor.az

8Mənbələr