AZ

1/8 finalın daha 3 iştirakçısı məlum oldu - "Avro-2024"

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə yekun vurulub.

"Unikal" xəbər verir ki, Rumıniya millisi Slovakiya ilə, Belçika yığması Ukrayna ilə qarşılaşıb. Hər iki görüşdə qalib müəyyənləşməyib.

Slovakiya-Rumıniya matçında 1:1 hesabı qeydə alınıb. Ukrayna-Belçika qarşılaşmasında isə qapılara qol vurulmayıb.

Bu nəticələrdən sonra dörd komandanın hər biri qrupu 4 xalla başa vurub. Şəxsi göstəricilərə əsasən, Rumıniya lider, Belçika qrup ikincisi, Slovakiya isə ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finala yüksəlib.

Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə və Danimarka milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
unikal.az

10Mənbələr