AZ

Uşaqların sevimlisi "Ovçu Pirim" əməliyyat olundu - AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın sevimli aktyoru, uşaqlıq illlərimizin "Ovçu Pirim" kimi tanıdığımız Allahverdi Yolçuyev əməliyyat olunub.
Bu barədə Oxu.Az-a aktyor özü məlumat verib.
O bildirib ki, səhhəti ilə əlaqədar olaraq müraciət etdiyi klinikada cərrahi prosedur keçirib:
"İki gündür reanimasiyada həkim nəzarətində idim. Yenicə reanimasiyadan normal palataya keçirildim. Həkimlər məni çox ciddi nəzarətdə saxlayırlar. Kiçik bir aparat yerləşdirilib və xüsusi impulslar verilməklə vəziyyəti nəzərat altında saxlayacaqlar. Həkimlər bu gün baxış keçirəcək və mənə nə zaman evə buraxılacağımı, eləcə də əməliyyatdan sonra özünə qulluq vasitələri barədə məlumat verəcəklər".
Qeyd edək ki, tanınmış sənət adamı Parkinson xəstəliyindən əziyyət çəkir.
Könül Cəfərli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
50
oxu.az

10Mənbələr