Naxçıvan, 26 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhəri və rayonlarda küləkli hava fəsadlar törədib, binaların dam örtüklərini dağıdıb. Şərur rayonunda ağaclar kökündən qopub, yollarda keçilməz vəziyyət yaranıb.