AZ

ABŞ-də bu virusdan yoluxma halları sürətlə artır

ABŞ səhiyyə rəsmiləri ağcaqanadlar tərəfindən yayılan Denq qızdırması hallarının keçən illə müqayisədə 3 dəfə artdığını qeyd edərək xəbərdarlıq edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı aprel ayında verdiyi açıqlamada Denq virusunun səbəb olduğu Denq qızdırması hallarının son illərdə dünya səviyyəsində əhəmiyyətli dərəcədə artdığını və 2000-ci ildə 505 min civarında olan hadisələrin 5,2-yə yüksəldiyini açıqlamışdı. 

Puerto-Riko səhiyyə rəsmiləri mart ayında Denq qızdırmasını ictimai sağlamlıq üçün təcili vəziyyət elan ediblər.

Dünən yaydıqları ictimai sağlamlıq xəbərdarlığında ABŞ səhiyyə rəsmiləri (CDC) bu ilin ilk yarısında 50 ştatın hamısında keçən ilin eyni nöqtəsinə nisbətən Denq qızdırması hallarının üç dəfə çox olduğunu vurğulayıblar.

Gülay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
azxeber.com

2Mənbələr