AZ

Xalq artisti həyat yoldaşından ayrıldı

Opera ulduzu Anna Netrebko ilə Azərbaycanın Xalq artisti Yusif Eyvazov ayrılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə ifaçılar birgə bəyanatda bildiriblər.

"Birlikdə keçirdiyimiz on xoşbəxt ildən sonra biz ayrılmaq qərarına gəldik. Biz Tiaqoya (Anna Netrebkonun əvvəlki nikahdan olan oğlu) ümumi sevgi ətrafında birləşən yaxın dost olaraq qalırıq", - deyə sənətçilər qeyd ediblər.

Netrebko və Eyvazovun sözlərinə görə, ayrılıq onların birgə çıxışlarına təsir etməyəcək. Keçmiş cütlüyün qarşıdan gələn çıxışları "La Scala" ("Turandot) və "Arena di Verona" ("Tosca") da baş tutacaq.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
30
teleqraf.com

10Mənbələr