AZ

Mark Rütte NATO-nun yeni Baş katibi seçilib

Mark Rütte NATO-nun yeni Baş katibi seçilib

NATO müttəfiqləri Niderlandın Baş naziri Mark Rütteni NATO-nun Baş katibi seçiblər.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Rüttenin namizədliyi NATO ölkələrinin Brüsseldəki səfirləri tərəfindən təsdiq edilib. Rəsmi təyinatın təşkilatın iyulda Vaşinqtonda keçiriləcək sammitində baş tutacağı gözlənilir.

Rüttenin səlahiyyət müddəti beş il təşkil edəcək. O, NATO-nun hazırkı Baş katibi norveçli Yens Stoltenberqi əvəz edəcək.

Vüqar Seyidov

Brüssel

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
4
ilk.az

5Mənbələr