AZ

Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”dan ayrıldığını TƏSDİQLƏDİ

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev çıxış etdiyi “Adana Demirspor”dan ayrıldığını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə 30 yaşlı qolkiper özünün "İnstaqram" hesabında paylaşım edib. 

O, Superliqa təmsilçisindən fotosunu paylaşıb və bu sözləri yazıb. “Hər şey üçün təşəkkürlər, Adana”.
Qeyd edək ki, Türkiyə mətbuatı Şahruddinin müqaviləsini birtərəfli qaydada ləğv etdiyini yazmışdı.

Xatırladaq ki, Ş.Məhəmmədəliyev 2023-cü ilin sentyabrından Türkiyə Superliqası təmsilçisində oynayırdı. O, klubun heyətində 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
bizim.media

2Mənbələr