AZ

BMT TŞ-dən Dağıstan terroru ilə bağlı açıqlama

BMT Təhlükəsizlik Şurası Dağıstanda baş verən terror aksiyasını qəti şəkildə pisləyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TŞ-dən mətbuat üçün verilən bəyanatda qeyd olunub.

"BMT Təhlükəsizlik Şurasının üzvləri iyunun 23-də Dağıstanda törədilmiş dəhşətli və qorxaq terror aktını ən sərt şəkildə pisləyiblər", - bəyanatda qeyd olunub.

Qeyd edək ki, 23 iyunda Dərbənd və Mahaçqalada silahlı yaraqlılar iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum edib, terror aktları ilə bağlı cinayət işi açılıb. Bir keşiş də daxil olmaqla, hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər həlak olub. Təhlükəsizlik qüvvələri beş yaraqlını öldürüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
6
milli.az

10Mənbələr