AZ

Naxçıvan şəhərində güclü külək fəsadlar törədib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, bu gün axşam saatlarından başlayaraq Naxçıvan şəhərində və muxtar respublikanın bir sıra rayonlarında fasilələrlə güclü külək, qısamüddətli leysan və bəzi ərazilərdə dolu yağması müşahidə olunub.



Güclü külək nəticəsində Naxçıvan şəhərinin bir sıra küçələrində irigövdəli ağaclar aşıb, bir sıra məhəllələrə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda aidiyyəti qurumlar küləyin törətdiyi fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır.
Qeyri-sabit hava şəraiti davam edir.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
9
nuhcixan.az

10Mənbələr