AZ

Gəncədə bıçaqlanan şəxs məhkəmə hakiminin köməkçisidir

Gəncədə 2 nəfərin bıçaq xəsarəti almasının və bir nəfərin qətlə yetirilməsinin detalları məlum olub.Bakuinfo.net unikal-a istinadən bildirir ki, hadisəyə qısqanclıq səbəb olub.Belə ki ,qətl törədən 65 yaşlı Mahir Quliyevlə qeyri-rəsmi münasibətdə olduğu 45 yaşlı İlhamə Hüseynovanın 25 yaşlı Laçın rayon sakini Akif Ağalarovla münasibəti olmasından şübhələnib.Mahir Quliyev Cəlil Məmmədquluzadə küçəsində yerləşən evin qarşısına gələrək İlhamə Hüseynova ilə mübahisə edib.Mübahisədən sonra Mahir Quliyev İlhamə Hüseynovanı bıçaqla qətlə yetirib, daha sonra isə Akif Ağalarovu bıçaqlayıb.Qadının öldüyünü görən Mahir Quliyev sonra özünə bıçaqla xəsarət yetirib.Hər iki şəxs xəstəxanaya yerləşdirlib.Qeyd edək ki, bıçaqlanan 25 yaşlı Laçın rayonun sakini Akif Ağalarov Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyevin köməkçisidir.Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
8
bakuinfo.net

10Mənbələr